“Bəxtimiz gətirdi” – “Bazel”in çalışdırıcısıbackend

"Bəxtimiz gətirdi" - "Bazel"in çalışdırıcısı

Çox intensiv oyun izlədik. Bunu da gözləyirdik. Meydanda eyni səviyyəli komandaları gördük. Amma 90 dəqiqə rəqib daha üstün oldu. İkinci hissədə yüksək pressinqlə oynadılar. Son dəqiqələrdə Ramil Şeydayevin zərbəsində isə bəxtimiz gətirdi. “Qarabağ” bizə qarşı öz potensialını ortaya qoydu.

KONKRET.az xəbər verir ki, bunu İsveçrənin “Bazel” klubunun baş məşqçisi Patrik Rahmen Bakıda “Qarabağ”la qolsuz heç-heçə etdikləri UEFA Konfrans Liqasının qrup mərhələsinin l tur oyunundan sonra mətbuat konfransında deyib.

“Biz də matçda bəzi şanslar yaratdıq. Sadəcə, hücumlarımızın sonunu gətirə bilmirdik. “Qarabağ” çox güclü rəqibdir. Qrupda yalnız “Kayrat”la bağlı kifayət qədər məlumatım yoxdur. “Omoniya” ilə Kiprdə oynamaq çətin olacaq. “Qarabağ” 7 il avrokubokların və bir dəfə isə Çempionlar Liqasının qrup mərhələsində çıxış edib. Onlara hörmətlə yanaşıram”, – P.Rahmen qeyd edib.

Rahmen nəticədən razı olduğunu söyləyib: “Çünki bu oyunla bir xaldan artığını düşünə bilmərəm. Dünən isveçrəli jurnalistlərlə söhbətimdə də “Qarabağ”ın necə güclü komanda olduğunu söyləmişəm. Nəticədən məyus deyiləm. Sadəcə, komandamdan daha çox şey gözləyirdim. Bəzi komponentlərdə razı qaldığım məqamlar var. Bir xala görə razıyam. Qrupun güclü komandasına qarşı oynadıq və Bakıdan bir xalla evə qayıdırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*