Bəxtiyar Hacıyev həbsdə qaldıbackend

Bəxtiyar Hacıyev həbsdə qaldı

Dekabrın 9-da həbs olunmuş siyasi fəal Bəxtiyar Hacıyevin apellyasiya şikayətinə baxılıb. Şikayət üzrə məhkəmə prosesi bu gün saat 15:00-da Bakı Apellyasiya Məhkəməsində hakim Zəki Babayevin sədrliyi ilə keçirilib və barəsindəki həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Bəxtiyar Hacıyevin vəkili Aqil Layıc məlumat verib.

Xatrladaq ki, B.Hacıyev xuliqanlıq və  məhkəməyə hörmətsizlikdə ittiham olunur. Onun barəsində Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb və Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Hacıyevin jurnalist Ülviyyə Alovlu ilə münaqişəsinə görə həbs olunduğu bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*