Bu gün Xətai Rayon Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması üçün vəsatətə baxılıb.
KONKRET.az xəbər verir ki, bugünkü məhkəmədən görüntülər sosial mediada paylaşılıb.
Vəsatətin təmin olunub-olunmaması ilə bağlı məhkəmə qərarı isə hələlik açıqlanmayıb.
Həmin fotonu təqdim edirik:
Qeyd edək ki, ictimai fəalın ev dustaqlığına buraxılması ilə bağlı daha əvvəl bir neçə dəfə vəsatət verilsə də, təmin olunmayıb.
Qeyd edək ki, B.Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunaraq dekabrın 9-da həbs edilib. Onun jurnalist Ülviyyə Alovlu ilə münaqişəsinə görə tutulduğu bildirilir.
Xatırladaq ki, B.Hacıyev 2 həftədir davam etdirdiyi aclıq aksiyasını bu gün dayandırıb.
