Beynəlxalq turnirdə daha 2 qızıl medal qazandıqbackend

Beynəlxalq turnirdə daha 2 qızıl medal qazandıq

Azərbaycanın boccia üzrə paralimpiyaçıları Qazaxıstanın Aktau şəhərində keçirilən türkdilli dövlətlər arasında beynəlxalq turnirdə daha 2 qızıl medal qazanıblar.

KONKRET.az xəbər verir ki, qoşa yarışlarda qüvvəsini sınayan Zaur Veysəlov ilə Günel Rzazadə tandemi BC4 kateqoriyasında, Nəriman Pirquliyev, Orxan Kərimov və Sona Ağayeva triosu isə BC1 və BC2 qarışıq kateqoriyalarında qazaxıstanlı və özbəkistanlı rəqiblərini məğlub edərək birinci yeri tutublar.

Qeyd edək ki, Qazaxıstan, Türkiyə, Özbəkistan və Qırğızıstan idmançılarının da mübarizə apardığı yarışda daha əvvəl Nəriman Pirquliyev (BC1), Orxan Kərimov (BC2), Zaur Veysəlov (BC4), Sona Ağayeva (BC2) və Günel Rzazadə (BC4) qızıl medal qazanaraq himnimizi səsləndirib, Bəhruz Mirzəyev (BC4) isə gümüş medalla kifayətlənib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*