Partlayışın Livana vurduğu ziyanın məbləği AÇIQLANDIbackend

Partlayışın Livana vurduğu ziyanın məbləği AÇIQLANDI

Livan Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında yerləşən Beyrut limanında baş verən partlayışın ölkəyə vurduğu maddi ziyanın məbləği açıqlanıb.

KONKRET.az “TASS”a istinadən xəbər verir ki, dəyən ziyanın məbləğini Beyrut şəhərinin qubernatoru Mərvan Abbud “Al-Hadath” telekanalına verdiyi açıqlamasında söyləyib.

“Partlayış nəticəsində vurulan maddi ziyan elan ediləndən daha çox ola bilər. Bu, 15 milyard ABŞ dolları qədər ola bilər”- deyə, o bildirib.

Qeyd edək ki, avqustun 4-də Livan Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında yerləşən Beyrut limanında güclü partlayış baş verib.

Son məlumata görə, partlayış 135 nəfərin həyatına son qoyub, 5 minə yaxın insan yaralanıb, onlarla insan itkin düşüb.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*