Bəzi peşə mərkəzlərinə işə qəbul imtahanı keçirilibbackend

Bəzi peşə mərkəzlərinə işə qəbul imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi və Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü il iyunun 2-də musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbulu üzrə test imtahanı keçirilib.

Dövlət İmtahan Mərkəzindən KONKRET.az-a verilən məlumata görə, imtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 5 binada təşkil olunub. İmtahanda 1044 namizədin (106 nəfər direktor, direktor müavini, 938 nəfər isə müəllim vəzifəsinə işə qəbul) iştirakı nəzərdə tutulurdu.

İmtahanının keçirilməsi üçün 5 ümumi imtahan rəhbəri, 12 imtahan rəhbəri, 102 nəzarətçi, 14 buraxılış rejimi əməkdaşı ayrılıb.

İlkin məlumatlara əsasən, 1 nəfərdə “ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric olunub və araşdırma aparılır.

İmtahan nəticələrinin yaxın 2-3 gün ərzində elan olunması nəzərdə tutulur.

İmtahan haqqında ümumi məlumat və müsabiqə şərtləri ilə buradan tanış ola bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*