“Azyaşlıların “Tik-Tok”a girişi qadağan olunsun.”
KONKRET.az xəbər verir ki, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Azərbaycanda azyaşlıların “Tik-Tok” sosial şəbəkəsinə daxil olunmasının qanunvericiliklə qadağan olunmasını təklif edib.
Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya komitəsinin üzvü olan millət vəkilinin bu mövzuda həyəcan təbili çalması narahatvericidir. O, həm də İnsan hüquqları komitəsində təmsil olunduğu üçün təklifi normal qəbul etmək olar. Bundan başqa, millət vəkilləri komitəsindən asılı olmayaraq millətin, ələlxüsus da yeni nəslin qeydinə qalmalıdır.
Evinizdə zombi böyütməyin.
Daha əvvəlki yazılardan birində uşaqlarda zərərli vərdişlər yaradan, azyaşlı psixologiyasını pozan cizgi filmləri barədə məlumat vermişdik. Düzü, indi uşaqların televizora elə də ehtiyacları yoxdur. Hərəsinin əlində bir planşet, mobil telefon istədiklərinə baxırlar. İndiki uşaqlara nə lazımdır?
– Mobil telefon; – Adaptr; – Wi-Fi kodu.
Bunları əldə edən uşaqlar özlərini xoşbəxt hiss edirlər. Müqayisə üçün əvvəlki uşaqlara lazım olanları sadalayaq:
– Həyətə düşmək icazəsi;
– Futbol, voleybol, basketbol, ortada qaldı oynamaq üçün top;
– Məhlə uşaqlarının çölə çıxması ilə qaçdı-tutdu oynamaq;
– “Klas-klas” üçün təbaşir;
– Hava qaralanda gizlənpaç üçün evdən icazə;
– “Bənövşə, bəndə düşə, sizdən bizə kim düşə?” ilə əylənmək və s.
Bir sözlə, birlik və bərabərlik yaradan sağlam oyunlarla asudə vaxtın təşkili prioritet olub. İndi isə uşaqlarda internet asılılığı çoxalmaqla azyaşlıların mutanta çevrilməsi sürətlənir. Azyaşlıların asudə vaxtı onlaynlaşır, tanışıqları da rəqəmsallaşır. Bəzi məlumatların əldə olunması üçün internet ideal vasitədir. Amma “uşaq nədir, fişəng nədir?”. Onlar valideynlərinə “Tayo”ya baxıram deyib “YouTube” kimi videokontenlərdə Tintonun erotikalarına girə bilərlər. Uşaqlarınız “TikTok”da zaman keçirrməklə nə öyrənir?
Meyxana?
Qəlyan?
Siqaret?
Patı? Yoxsa hansı fahişənin hansı qiymətə çıxmasını?
Bugünkü cinayətlərə görə əliniz üzünüzdə qalırsa, indi “TikTok” kimi resurslardan istifadə edən balalarınız gələcək bəlaların bir hissəsinə – ya ölən, ya öldürən, gey, cinsin dəyişən, azyaşlıya cinsi zorakılıq edən, narkoman, cinayətkara çevrilə bilər. Kimsə sığortalanmayıb. Sosial qayğıların ən pik həddini yaşasanız belə, övladlarınızı görməzdən gəlməyin. Əks halda sizin, ümumiyyətlə insanlığın nəsli kəsiləcək.
Rəsmiyyə Şərifova,
KONKRET.az