Bıçaqla sürücünü hədələyərək telefon və pulqabısını götürən şəxs saxlanıldıbackend

Bıçaqla sürücünü hədələyərək telefon və pulqabısını götürən şəxs saxlanıldı

Müşfiqabadda bıçaqla sürücünü hədələyərək telefon və pulqabısını götürən şəxs saxlanılıb.

Bu barədə KONKRET.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Verilən məlumata görə, noyabrın 12-də saat 23 radələrində Abşeron rayonunun Müşfiqabad qəsəbəsi ərazisində “Opel” markalı avtomobildə sərnişinin sürücünü kəsici alətlə hədələyərək içərisində mobil telefonu olan pulqabısını talaması barədə polisə məlumat daxil olub.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Kənan Məmmədov müəyyən olunaraq saxlanılıb.

Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*