Bild: “Navalnı Putinin Drezdendəki evinə girmək istəyib”backend

Bild: “Navalnı Putinin Drezdendəki evinə girmək istəyib”

KONKRET.az Almaniyanın “Bild” qəzetinə istinadən məlumat verir ki, Aleksey Navalnı Rusiya prezidenti Vladimir Putinin kəşfiyyat zabiti olduğu dövrdə Drezdendə yaşadığı evin içərisində çəkiliş etmək istəyib. Lakin onun bu tələbi mənzilin hazırkı sahibi tərəfindən rədd edilib.

Almaniyanın “Bild” qəzetinin məlumatına görə, Almaniyada xidmətini başa vurduqdan sonra Putinin Drezdendəki üç otaqlı mənzilində mebel istehsalçısı Jörg Hofmann yaşayır. Hofmann çox vaxt Rusiyadan gələn turist qruplarının evinin önündə dayandığını bildirib və “buranın bir Putin muzeyi olduğunu düşünürlər”- deyə əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*