Biləsuvar sakini heyvana görə həyat yoldaşını döydü, cəza aldı – (VİDEO)backend

Biləsuvar sakini heyvana görə həyat yoldaşını döydü, cəza aldı - (VİDEO)

Biləsuvar rayonunun Xırmandalı kəndində yaşayan Elçin Hüseynovun təsərrüfatındakı quzulardan biri bir müddət əvvəl xəstələnib. O evə gələndə heyvanın həm də ac olduğunu görüb. O, bu vəziyyətə görə həyat yoldaşı Günay Ağayevanı günahlandıraraq onu döyüb.

KONKRET.az xəbər verir ki, ertəsi gün Elçin Hüseynov etdiyi hərəkətə görə peşman olsa da, həyat yoldaşı polisə şikayət edib. Məsələ ilə bağlı Biləsuvar Rayon Məhkəməsinin qərarı ilə Elçin Hüseynova 360 saat ictimai iş cəzası verilib.

Qeyd edək ki, mövzu ilə bağlı “ARB Xəbər”də süjet yayımlanıb.

Ətraflı reportajda:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*