Biləsuvarda ağır qəza: 2 nəfər öldü, 3 nəfər yaralandı – FOTObackend

Biləsuvarda ağır qəza: 2 nəfər öldü, 3 nəfər yaralandı - FOTO

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

KONKRET.az APA-ya istinadən bildirir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik avtomobili ilə “VAZ 21015” markalı minik avtomobili toqquşub.

İlkin məlumata görə, hadisə nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb.

Yaralılar rayon xəstəxanasına çatdırılıb.

Hazırda ölən və yaralanan şəxslərin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*