Biləsuvarda baş verən ağır yol-nəqliyyat qəzası daha bir insidentlə yadda qalıb.
KONKRET.az xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Nəsimikənd kəndindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı bir yük maşını dərəyə düşüb, digər avtomobildə olan Nadir və Əfqan adlı iki qardaş isə müxtəlif bədən xəsarətləri alıb. Yaralılar dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qəza zamanı hadisə yerindən keçən başqa bir yük maşınının sürücüsü kömək məqsədilə dayanaraq dərəyə enib. Bu vaxt yaralıların üçüncü qardaşı hadisə yerinə çatıb və bu şəxsi qəzanı törədən yük maşınının sürücüsü zənn edərək onu boyun nahiyəsindən bıçaqlayıb.
Sürücü ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. (Bizim.Media)
KONKRET.az