Klinika rəhbərinin oğlu tanışını bıçaqladı – YENİLƏNİBbackend

Klinika rəhbərinin oğlu tanışını bıçaqladı - YENİLƏNİB

Biləsuvarda tanışlar arasında mübahisə birinin bıçaqlanması ilə nəticələnib.

KONKRET.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Mübahisə zamanı 19 yaşlı Məhəmmədəli Hüseynzadə tanışı Səməd Buludlunu bıçaqla vurub.

S.Buludlu ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Əldə etdiyimiz məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Məhəmmədəli Hüseynov rayonda fəaliyyət göstərən “Yovşan” klinikasının rəhbəri  Xoşbəxt Ağayevanın oğludur. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

20:34

Biləsuvarda bıçaqlanma hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, Biləsuvar rayon sakini, Səməd Buludlu döş qəfəsindən bıçaqlanıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və dərhal cərrahi əməliyyata götürülüb.

İlkin məlumatla görə, S.Buludlu dostu tərəfindən bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*