Biləsuvarda sürücü qəza törətdi – Həyat yoldaşı öldübackend

Biləsuvarda sürücü qəza törətdi - Həyat yoldaşı öldü

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun Xırmandalı kənd sakini, 1952-ci il təvəllüdlü Məmmədhəsən Həsənovun idarə etdiyi “VAZ 2107” markalı minik avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb və yolun kənarındakı ağaca çırpılıb.

Hadisə nəticəsində sürücünün sərnişini, həyat yoldaşı, 1952-ci təvəllüdlü Şahbazova Elzangül Lətif qızı dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*