Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsində yerləşən yeddimərtəbəli yaşayış binasının liftində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
KONKRET.az xəbər verir ki, dərhal əraziyə FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, texniki nasazlıq səbəbindən yeddimərtəbəli çoxmənzilli yaşayış binasının lifti birinci mərtəbədə dayanıb və 5 nəfər vətəndaş liftdə köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapısını açaraq köməksiz vəziyyətdə qalan sakinləri xilas ediblər.