Binəqədidə QƏZA: Xəsarət alan varbackend

Binəqədidə QƏZA: Xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində sərnişin, 1969-cu il təvəllüdlü Qurbanov Əfqan Əli oğlu xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol körpücük sümüyünün və sol ayağının sınığı diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*