Bakı şəhərinin Binəqədi rayonunda yanğın hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, beşmərtəbəli yaşayış binasının zirzəmisində məişət tullantıları 5 m² sahədə və elektrik kabeli 3,5 p.m yanıb.
Yanğın zamanı 5-i azyaşlı olmaqla 12 nəfər bina sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.