Binəqədinin bəzi ərazilərində qaz olmayacaqbackend

Binəqədinin bəzi ərazilərində qaz olmayacaq

Bu gün saat 10:00-dan etibarən “Tiflis prospekti” ölçü qovşağının girişində yaranmış sızmanın ləğv edilməsi məqsədilə qaz təchizatı dayandırılacaq.

Bu barədə KONKRET.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, təmir-bərpa işləri aparılan müddətdə Bakının Binəqədi rayonunun 6, 7 və 9-cu mikrorayonlarının, Motodrom, Varovski və Xutor yaşayış massivlərinin, M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsinin, Biləcəri qəsəbəsinin bir hissəsinin, Y.Hüseynov, X.Natavan, Q.Süleymanov, T.Şevçenko, L.Tolstoy, Ə.Qasımov, R.İsmayılov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*