Bir il ərzində ABŞ İsrailə 17,9 milyard dollarlıq hərbi yardım edibbackend

Bir il ərzində ABŞ İsrailə 17,9 milyard dollarlıq hərbi yardım edib

ABŞ prezidenti Co Bayden HƏMAS-ın İsrailə hücumunun ildönümü ilə əlaqədar bəyanat yayaraq, hücumu pisləyib. 

KONKRET.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bayden  vitse-prezident Kamala Harrislə birlikdə İsrailin təhlükəsizliyinə tam sadiq olduqlarını vurğulayıb.

Biz İsrailin  özünü müdafiə etmək hüququnu dəstəkləyirik: “Ötən həftə mənim göstərişimlə Birləşmiş Ştatlar ordusu  İsrailin uğurlu müdafiəsini bir daha fəal dəstəklədi” – deyə  Bayden bildirib.  O, HƏMAS-ın hücumunun İsrail üçün dəhşətli nəticələrini təqdim edərək, bunun fələstinlilər üçün də çox pis nəticələr verdiyini və genişmiqyaslı münaqişənin başlandığını deyib. HƏMAS-ın bir il əvvəl həyata keçirdiyi hücum nəticəsində  1200-ə yaxın insan həlak olub, 250-yə yaxın adam əsir götürülüb. Onların bir hissəsi 2023-cü ildə geri qaytarılıb. İsrailin cavabı nəticəsində Qəzza zolağında qurbanların sayı  42 min nəfərə çatıb və anklavın 2,3 milyon əhalisinin əksəriyyəti didərgin düşüb.

Braun Universitetinin “Müharibənin qiyməti” layihəsi çərçivəsində dərc olunan hesabata görə ABŞ İsrailə  bir il ərzində  17,9 milyard dollar hərbi yardım edib. Oktyabrın 1-i axşam saatlarında İran İsrailə 180-dən çox ballistik raket atıb və onların əksəriyyəti vurulub. Tehranın məlumatına görə, İsrailin “Mossad” kəşfiyyat xidmətinin qərargahına, F-15 təyyarələrinin yerləşdiyi “Nevatim” aviabazasına, həmçinin “Hatzerim” hərbi bazasına hücumlar edilib.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*