Bir media rəhbərinin ŞOK səs yazısı yayıldı: “Mən Ramiz Mehdiyevlə fəxr edirəm”backend

Bir media rəhbərinin ŞOK səs yazısı yayıldı: “Mən Ramiz Mehdiyevlə fəxr edirəm”

Ölkənin media kluarlarında dolaşmaqda olan gizli səs yazısında bir sıra dövlət adamlarının da adı hallanır.

“Mən Ramiz Mehdiyevlə işlədiyimə görə fəxr edirəm! Fəxr edirəm!.. Sən nə danışırsan, əsil kişi lotuluq eləməlidi, baz olmalıdı!”.

KONKRET.az xəbər verir ki, bu sözləri Azərbaycanın nüfuzlu media subyektlərindən birinin rəhbəri söyləyib.

Səs yazısı isə uzaq tarixə yox, bu ilin yanvar ayının 11-nə aiddir.

Media rəhbəri öz əməkdaşı ilə söhbəti zamanı onu şantaj edərək aşağılayır. Bu da azmış kimi, ölkənin bir sıra tanınmış jurnalistləri haqqında qeyri-etik ifadələr işlədir.

Əməkdaş onun daim hökumət adamlarına yaltaqlıq etdiyini dedikdə isə media rəhbəri Ramiz Mehdiyevlə işlədiyinə görə fəxr duyduğunu gur səslə bağırır.

Bir sıra rəsmi şəxslərin də adının hallandığı söhbətdə media rəhbəri əməkdaşın onu məhkəməyə verəcəyini deməsinə görə ələ salır, ölkənin məhkəmə-hüquq sistemini aşağılayan ifadələr işlədir.

Xatırladaq ki, media kluarlarında sürətlə yayılmış səs yazısına artıq bir sıra nüfuzlu jurnalistlər sosial şəbəkə hesablarında üstüörtülü formada münasibət bildiriblər. Səs yazısında etikadankənar ifadələr olduğuna görə onlar məsələni açıq şəkildə ictimailəşdirmirlər.

Natiq Səlim,

KONKRET.az

P.S. Biz də öz növbəmizdə media etikası prinsiplərini rəhbər tutduğumuzdan, eyni zamanda səs yazısında adıçəkilən əməkdaşın təhdidolunma ehtimalını nəzərə alaraq əlimizdəki materialı detallı şəkildə açıqlamırıq. Lakin mövzuya qayıdacağıq.

  • Zamina Elturan
    Yanvar 17, 2023 - 09:55

    Belə danışan “kişidən” və “kişilərdən” yer də bezardı,göy də.

Zamina Elturan üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*