Avqustun 24-də Moskvanın Polyarnaya küçəsindəki binanın qonşuları hüquq-mühafizə orqanlarına müraciət edərək yayılan pis qoxudan şikayət ediblər.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, əraziyə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları qoxunun yayıldığı mənzilə daxil olublar.
Belə ki, polis içəridə ev sahibinin çürümüş meyitini və onun iki sərxoş oğlunu aşkar edib.
Məlumata görə, onlar meyitdən gələn qoxuya məhəl qoymadan içməyə davam edib və bir neçə gün atalarının ölümündən xəbərsiz olublar.
Ölümün səbəbini və tarixini müəyyən etmək üçün meyit ekspertizaya göndərilib.
İqbal Rzayev,
KONKRET.az