Bir qrup dini icma üzvü Kəlbəcərə getdibackend

Bir qrup dini icma üzvü Kəlbəcərə getdi

Azərbaycanın bir qrup dini icma üzvünün Kəlbəcərə səfəri başlayıb.

KONKRET.az xəbər verir ki, səfər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə təşkil olunub.

Səfərdə icma üzvlərini kütləvi informasiya vasitələrinin nümayəndələri də müşayiət edir. Məqsəd Alban-Udi Xristiyan dini icması tərəfindən Kəlbəcərdə yerləşən qədim alban ziyarətgahı Xudavəng məbədinin ziyarət olunması və xristianların müqəddəs bayramı hesab olunan Pasxa bayramı münasibəti ilə məbəddə dini ainin icrasını işıqlandırmaqdır. Dini ainlərin icrası tədbirində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov və Alban-Udi Xristian Dini İcmasının sədri Robert Udili iştirak edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*