Bir qrup erməni vətəndaşın Laçın sərhəd məntəqəsindən keçməsinə şərait yaradıldı – VİDEObackend

Bir qrup erməni vətəndaşın Laçın sərhəd məntəqəsindən keçməsinə şərait yaradıldı - VİDEO

Qarabağın erməni sakinlərinin Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə Laçın sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi davam edir.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, avqustun 8-də bir qrup erməni sakin BQXK əməkdaşlarının müşayiəti ilə Laçın sərhəd-buraxılış məntəqəsindən keçərək, Ermənistandan Xankəndi istiqamətində hərəkət edib.

Erməni əsilli Azərbaycan vətəndaşlarının sənədləri keçid məntəqəsində prosedura uyğun yoxlanılaraq rəsmiləşdirilib.

Sakinlərlə yanaşı, BQXK-nın avtomobillərində dərmanlar, tibbi ləvazimatlar və digər zəruri malların keçidi üçün də şərait yaradılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*