“Azərbaycanda karantin rejiminin yumşalması biz də arxayınlıq yaratmamalıdır. Təhlükə var, olub və hər zaman geri qayıda bilər”.
KONKRET.az xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev aparıcısı olduğu “Bizimləsən” verilişində səsləndirib.
Onun sözlərinə görə, cənab Prezident İlham Əliyev bu çətin günlərdə hər bir vətəndaşa dəstək olduğunu nümayiş etdirib və onların təhlükəsizliyini təmin edib:
“Qəhrəmanlıq bir yeşiyi götürüb kiminsə qapısına getməklə ölçülməz. Düşüncə baxımından bizdən üstdə də dayanan insanlar var ki, onların lap başında Cənab Prezidentimiz durur. Cənab prezidentimiz bütün xalqı qoruma altına aldı. Bizim bu virusa yoluxma məqamımızı daha da məhdudlaşdırdı. Ən inkişaf etmiş ölkələrdə belə nə qədər ölüm sayını gördük. Təbii Azərbaycan da itki verdi. Amma Azərbaycan o ölkələrdən oldu ki, qısa zaman kəsiyində bu çətin günlərin sınağından çıxa bildi. Amma karantin rejiminin yumşaldılması bizi arxayınlaşdırmamalıdır, həmrəyliyimizi yenə də göstərməliyik. Təhlükə var, olub və hər zaman geri qayıda bilər. Özünüzü qoruyun”.
Axeber.az
a muellim bir deyirsen cetin sinaqdan cixa bildik.birde deyirsen tehluke var..senin sozunden bele basa dusulurki nese menfi bir sey olsa xalq ozu taxsirkardi..eger tehluke varsa demek hele sinaq basa catmayib..