Birinci sinfə qəbul imtahanı ləğv edilə bilər? – NAZİRDƏN AÇIQLAMAbackend

Birinci sinfə qəbul imtahanı ləğv edilə bilər? - NAZİRDƏN AÇIQLAMA

Elm və təhsil naziri Emin Əmrullayev bəzi məktəblərin birinci sinfinə şagird qəbulu imtahanlarının ləğv edilməsi fikirlərinə münasibət bildirib.

KONKRET.az xəbər verir ki, o, bu gün keçirdiyi brifinqdə bəzi məktəblərdə ibtidai siniflər üzrə yerlərin az, istəyin isə çox olduğunu söyləyib.

Nazir deyib ki, bu səbəbdən həmin məktəblərə qəbul üçün müəyyən şərtlər var: “Əvvəl bir çox məktəblərdə birinci siniflərə qəbul əvvəl imtahan şəklində idi, sonra ləğv edilərək lisey kimi qəbulun 5-ci sinifdən aparılmasına qərar verildi. Ümumilikdə isə ölkə üzrə Azərbaycan bölməsinə birinci sinfə şagird qəbulu imtahansızdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*