Birinci sinif şagirdlərinə planşet veriləcəkbackend

Birinci sinif şagirdlərinə planşet veriləcək

Qazaxıstan höküməti gələn ildən birinci sinif şagirdləri üçün planşetlərin verilməsi imkanını nəzərdən keçirir.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə hökumətin iclasında respublikanın rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənaye naziri Bağdat Musin bildirib:

“Ağır bel çantaları probleminin həlli, eləcə də məktəblərdə rəqəmsallaşma səviyyəsinin yüksəldilməsi üçün planşetlərdən istifadə edilməsi təklif olunur. Onlar rəqəmsal dərslik və onlayn təhsil resurslarına daxil olmaq üçün bir vasitə kimi istifadə olunacaq”.

Onun sözlərinə görə, bu təcrübə Böyük Britaniya, Norveç, Cənubi Koreya və Türkiyədəki məktəblərdə sınaqdan keçirilib.

Musin bildirib ki, idarə 2023-cü ildə 400 mindən çox birinci sinif şagirdini planşetlə təmin etməyi təklif edir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*