Birinci sinifə gedənlərin sayı niyə azalır? – RƏYbackend

Birinci sinifə gedənlərin sayı niyə azalır? - RƏY

2024-2025-ci tədris ili üzrə I sinifə gedəcək şagird sayı 132261 nəfərdir. Ötən il isə bu rəqəm 137862 idi. Ümumiyyətlə isə son 8 ilə nəzər salsaq, azalmanın olduğunu görə bilərik.

2017-2018-ci tədris ili üzrə 164523, 2018-2019-cu tədris ili üzrə 162855 nəfər, 2019-2020-ci tədris ili üzrə 161404, 2020-2021-ci tədris ili üzrə 157916, 2021-2022-ci tədris ili üzrə 155649, 2022-2023-cü tədris ili üzrə 149837, 2023-2024-cü tədris ili üzrə 137862, 2024-2025-ci tədris ili üzrə 132261 nəfər I sinifə gedib.

Son 20 ildə məzunların sayında 50 min nəfərə yaxın azalma baş verir.

Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil məsələlər üzrə ekspert Elçin Əfəndi I sinifə gedən şagirdlərin sayının azalmasını şərh edib:

“Bu say 500-1000 nəfər ola bilər. Səbəb isə müxtəlifdir. Ola bilsin, imkansızlıqdandır, yaxud fiziki qüsurlu uşaqlar var və s. Bu səbəblərdən də onlar məktəbə göndərilməyib. Amma 30 mindən çox şagird sayının azalmasının başqa səbəbləri var. Burada sosial, iqtisadi məsələlər ön sırada yer alır. Ola bilər ki, valideyn övladını maddi baxımdan təmin edə bilmir deyə məktəbə göndərmir”.

Onun sözlərinə görə, azalmanın digər səbəbi doğulan uşaqların sayının azalmasıdır.

“Sellektiv abortlar da bu statistikaya təsir edir. Əhalinin dolanışıq səviyyəsində müəyyən qədər çətinliklər var və bunların hər biri şagird sayının azalmasına səbəb olur. Bunun qarşısını almaq üçün istər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, istər agentliklər, ailələr ilə işləyən qeyri-hökümət təşkilatları, Elm və Təhsil Nazirliyi və hər birimiz maarifləndirmə işi aparmalıyıq ki, valideynlər övladlarını təhsilə yönəltsinlər. Həmçinin uşaq sayının artırılması ilə bağı da sosial-iqtisadi layihələr işlənib hazırlanmalıdır”.

Ekspert qeyd edib ki, bu işlər görülməsə, yaxın 5-10 ildən sonra I siniflərə 100 min şagird qəbulu həyata keçiriləcək:

“Vəziyyət onu deməyə əsas verir ki, hətta 100 mindən az şagird qəbulunun aparılması qaçılmaz olacaq. Vətən Müharibəsində 3000 nəfərdən çox şəhidimiz oldu. O gənclərin əksəriyyəti subay idi, evlənmiş olanların isə uşağı yox idi. Bu da öz növbəsində təbii artıma mənfi təsirini göstərir”.

Aygün Mirakif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*