Bişkekdə məşhur mafiya lideri ÖLDÜRÜLDÜbackend

Bişkekdə məşhur mafiya lideri ÖLDÜRÜLDÜ

Qırğızıstanda tanınmış mafiya lideri Kamçı Asanbek Bişkekin mərkəzində keçirilən xüsusi əməliyyat zamanı öldürülüb.

KONKRET.az xəbər verir ki, bu barədə Qırğızıstan mediası məlumat yayıb.

“Aparılan əməliyyat-axtarış tədbirləri zamanı K.Asanbekin yeri müəyyən edilib. Təhlükəsizlik əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq, odlu silahdan istifadə etməklə silahlı müqavimət göstərib”, – deyə məlumatda bildirilir.

Cinayətkar təhlükəsizlik qüvvələrinin cavab atəşi ilə öldürülüb.

Məlumata görə, xüsusi əməliyyat zamanı başqa itki olmayıb.

Qeyd edək ki, Kamçı Asanbek kriminal dairələrdə Kolya Qırğız kimi tanınırdı.

2007-ci ildə ABŞ Dövlət Departamenti Kolbayevi ölkədəki “ən güclü cinayətkar qruplaşmanın lideri” adlandırıb.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*