Bitcoin sürətlə ucuzlaşır – Tramp rüzgarı bitdibackend

Bitcoin sürətlə ucuzlaşır - Tramp rüzgarı bitdi

ABŞ prezidentliyinə namizəd Trampın “Bitcoin”i “ehtiyat aktiv” kimi təyin etməməsi gözləntiləri puç edib.

KONKRET.az xəbər verir ki, 4 həftədə 30% bahalaşan bitkoin dünən 70 min dollara çatdıqdan sonra sürətlə ucuzlaşmağa başlayıb. Dünənki zirvə ilə müqayisədə 5% azalan “Bitcoin” qiyməti 30 İyul 2024-cü il səhər əməliyyatlarında 66 min 500 dollara yaxın olub.

Kriptovalyuta bazarı analitikləri bildirib ki, ABŞ prezidentliyinə namizəd Trampın “Bitcoin-i ehtiyat aktiv olaraq təyin etməməsi qiymətlərin zəifləməsinə səbəb olub. Amma buna baxmayaraq, iddia olunur ki, ABŞ-da seçkilər öncəsi kriptovalyutalara sərmayə qoyan gənclərin səsini qazanmaq üçün namizədlər “Bitcoin”ə rəğbət bəsləyirlər.

Orxan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*