“Biz 30 il əvvəl səhv edib müharibəni seçdik” – Erməni deputatdan İLGİNC ETİRAFbackend

“Biz 30 il əvvəl səhv edib müharibəni seçdik” – Erməni deputatdan İLGİNC ETİRAF

“30 il əvvəl, imperiyanın dağıldığı bir vaxtda biz yenidən ölümü və müharibəni seçdik. “Qalib” gəldik və qürurdan kor olanda səhv etdik.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ermənistanın keçmiş səhiyyə naziri, hakim “Mülki müqavilə” partiyasından olan deputat Arsen Torosyan deyib:

“Həyat qiymətsizdir. Bunun əksini irəli sürmək ölümü və müharibəni təbliğ etməkdir. Əsrlər boyu bizə bunun əksi deyilsə də, ölüm heç vaxt həyatdan dəyərli ola bilməz. Özünü “milli” elan edən partiyalar tərəfindən bu fikirlər təbliğ edilir. Biz isə bu təbliğata boyun əyərək həyatı yox, ölümü seçdik. Və bu təbliğat indi də davam edir. Nə vaxta qədər həyatı yox, ölümü seçməliyik? Nə vaxta qədər yanılmalıyıq? Ümumi məhvə məhkum olmalıyıq? Səhv etdiyimizi etiraf etməliyik” – erməni deputat vurğulayıb.

“Biz 100 il əvvəl Avropa şəhərlərində imzalanan bəzi sənədləri yer üzündəki reallıqdan üstün tutmaqla səhvə yol verdik. Bu günə qədər biz öz səhvlərimizi etiraf etmirik. Yer üzündəki reallıqla üzləşməkdən imtina edirik və ölümü seçirik. Bizim obyektiv reallığı inkar edib, öz şıltaqlığımıza uyğun şəkildə eyni səhvləri təkrar etməyə haqqımız yoxdur”, – deyə Torosyan fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*