“Biz demokratik dövlətdə yaşayırıq, yoxsa diktatura ölkəsində? – Ermənilər etiraza qalxdıbackend

“Biz demokratik dövlətdə yaşayırıq, yoxsa diktatura ölkəsində? – Ermənilər etiraza qalxdı

“Biz demokratik dövlətdə yaşayırıq, yoxsa diktatura ölkəsində?”.

KONKRET.az xəbər verir ki, Firdus rayon sakinləri əsas hökumət binası yaxınlığında etiraz aksiyasında belə şüarlar səsləndiriblər. Qeyd edək ki, hələ 2015-ci ildə hökumət Firdus rayonunda bir neçə evin və anbarın sökülməsi barədə qərar qəbul etmişdi. Sakinlərin əksəriyyəti kompensasiya alsa da, məbləğ onları qane etmirdi. Ona görə də evini tərk etməyən sakinlər indi etiraza qalxıblar.

Xatırladaq ki, sahəsi 5 hektara yaxın olan rayonda yaşayış binalarının, biznes mərkəzlərinin və mehmanxanaların yerləşəcəyi yeni yaşayış massivinin salınması nəzərdə tutulur.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*