“Qazaxıstanın qərbyönlü elitasını Yeni Avrasiya Nizamına qurban vermək lazımdır” – Aleksandr Duqinbackend

“Qazaxıstanın qərbyönlü elitasını Yeni Avrasiya Nizamına qurban vermək lazımdır” - Aleksandr Duqin

“Qazaxıstan çoxvektorlu siyasətin “bəhrəsini” əldə edir. Qərb, Rusiya və Çin… İstənilən bir qütbün Qazaxıstana çoxsahəli təsir göstərmək cəhdinin qarşısı o biri qütbə müraciət etməklə alındı.  Nazarbayevin Avrasiyaçılığındakı uyğunsuzluq buradandır… Təbii ki, bunun arxasında ABŞ və Bayden dayanır. Avrasiyada Rusiyaya qarşı daha bir cəbhə açmağa çalışırlar”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri rusiyalı ideoloq Aleksandr Duqin səsləndirib.

“Lakin Moskvanın artıq yarım ölçü üçün tarixi vaxtı yoxdur. Hiyləgər planın  bütün tərəfdarları ya satqın, ya da axmaq çıxdılar. Bu gün hamı başa düşür ki, 2014-cü ildə şansımızı əldən vermişik və biz bunun “nəticəsini” görürük. Biz çox şey əldən vermişik və indi də “nəticə”yə şahid oluruq” – Duqin vurğulayıb.

Rusiyalı ideoloq daha sonra fikirlərini belə davam etdirib: “Maraqlar artıb. Minskə və ya Nursultana kömək etmək mənasını kökündən dəyişir. Əgər hakimiyyətə davam etmək istəyirsinizsə, o zaman birmənalı seçim edin. Bizim istiqamətimizə yönəlin. Biz də gəlib xilas edək və yardım göstərək. Amma biz geri qayıtmayacağıq”, – deyə Duqin bildirib.

“Biz ruslar yalnız birbaşa qarşıdurmada, güclü jestlər nəticəsində qalib gəlirik. Bu hər zaman belə olub və bu cür də davam edəcək.  Biz postsovet məkanının inteqrasiyasını nə qədər gecikdirsək, vəziyyət bir o qədər pisləşir. Hərəkət etmək vaxtıdır. Eyni zamanda Qazaxıstanda da… Məhz bunun bahasına çoxvektorlu yanaşmadan xilas olmaq mümkündür. Siz hələ də Moskva və Pekin arasında tarazlıq əldə edə bilərsiniz, lakin üçüncü – yəni Qərb burada açıq-aşkar artıqdır. Qazaxıstanın qərbyönlü elitasını Yeni Avrasiya Nizamına qurban vermək lazımdır” – rusiyalı ideoloq fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

  • Garachanta
    Yanvar 11, 2022 - 11:51

    duqin deyəsən çaşıb…rus milləti elmi nailiyyətləri xaricdən oğurlayıb Şişib…indi siyasətdə bizlərə məsləhət verirlər…да пошел ты к своей российской дырке…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*