“Biz birtərəfli güzəştə getməyəcəyik, istənilən güzəşt yeni güzəştə gətirib çıxaracaq”.
KONKRET.az xəbər verir ki, bunu qondarma rejimin başçısı Arayik Arutyunyan deyib.
“Azərbaycanın tələbləri başqadır. Xankəndidəki son mitinq, Ruben Vardanyanın “dövlət naziri” təyin olunması və mənim Fransaya səfərim buna səbəb oldu.
Azərbaycanın hərəkətləri nəticə verməyəcək, Xankəndi birtərəfli güzəştə getməyəcək. Onlar mədən ərazisində ekoloji monitorinq aparılmasını tələb etdikdə, biz bunun müqabilində öz “tələb”lərimizi təqdim etdik. Amma təkliflərimizə məhəl qoymadılar. Əgər Azərbaycanın məqsədi ekoloji monitorinqdirsə, biz buna razılaşdıq, lakin onlar imtina etdilər.
Ermənistanda yaşayan erməniləri və diasporu dinc aksiyalarla beynəlxalq təşkilatlar qarşısında səsimizi eşitməyə çağırıram. Ümidsiz olmamalıyıq.
Biz bu günə kimi heç bir güzəştə getməmişik, istənilən güzəşt yeni güzəştə gətirib çıxaracaq”, – deyə Arutyunyan sərsəmləyib.
Xuraman Etibarlı,
KONKRET.az