“Biz hər gün Qarabağdan helikopter uçuşları görürük” – Nersisyanbackend

"Biz hər gün Qarabağdan helikopter uçuşları görürük" - Nersisyan

Xankəndidə mitinqə çıxan ermənilər Rusiya sülhməramlı qüvvələrinin hərbi bazasına yürüş edərək, “blokada” və “humanitar fəlakəti” dayandırmağı tələb edəcəklər.

KONKRET.az xəbər verir ki, “Armenpress”in xəbərinə görə, qondarma qurumun “dövlət naziri” Qurgen Nersisyan bildirib ki, bir neçə nəfər Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşdükdən sonra nəticələr barədə məlumat veriləcək.

“Növbəti addımımız bu yerdə çadır qurmaqdır. Biz  tələbimizin yerinə yetirilməsini gözləyəcəyik. Düşünürəm ki, sosial, məişət, ərzaq problemlərimizə diqqəti çəkmək üçün burada və ya Xankəndidə olmağımızın heç bir fərqi yoxdur”, – Nersisyan bildirib.

Nersisyan açıqlamasında deyib ki, “Qarabağ hərtərəfli blokadadadır deyirlər, lakin biz hər gün helikopter uçuşları görürük”.

Onun sözlərinə görə, Rusiya sülhməramlıları ilə görüşdən sonra mitinq iştirakçılarının bir hissəsi sülhməramlıların hərbi hissəsinin yaxınlığındakı çadırlarda qalacaq, digər qismi isə Xankəndiyə qayıdacaqlar.

Ayan

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*