Biz nə etməliyik? – İranı özümüzə yaxın bilirdik – ƏTRAFLIbackend

Biz nə etməliyik? - İranı özümüzə yaxın bilirdik - ƏTRAFLI

Orxan Fikrətoğlu

İranın bizə qarşı apardığı “yumşaq müharibənin”  propoqandası bir zamanlar Sasani İran tarixindən qaynaqlanan ideoloju arqumentlər bazasında bizi sionizmə xidmət etməkdə suçlamaq kimi sübutsuz ittihamlar üzərində qurulub.

Arqument gülünc olsa da, niyyət gülünc deyil.İran ərəfə yaşadığını anlayır. Müstəqil və müttəfiqləri İran  üçün arzuolunmaz ölkələr olan yeni Azərbaycan əlbətdə inu qıcıqlandırır. Azərbaycan gücləndikcə İran ərazısində yaşayan qırx milyon Türk daxil digər etnik qurupları idarə etməkdə çətinlik çəkəcəyini bilir.

Qarabağ kimi neytral bufer zonanın İran üçün əlindən getməsi, Türkiyənin Azərbaycana, Rusiyanın isə birbaşa İran sərhədlərinə qədər gəlməsi, əlbəttə ki, İran üçün real təhlükədir. İranın müstəqil Azərbaycan dövlətinə qarşı keçən əsrin iyirminci illərində Paris sülh konfrasında qaldırdığı tələb dünya birliyi tərəfindən rədd edilib.

Əlimərdan bəy Topçubaşovun xatirələrində İranın bir zamanlar da qonşuluğa zidd olan bu hərəkəti ətraflı izah edilir.

O, zaman İran indiku kimi sionizm kartından deyil,millətlərin öz taleyini tənzimləmə mexanizmindən istifadə etmək istəyirdi.

Bu gün isə İran Azərbaycanı Bəhreyn və Əfqaninstanla səhv salır.Həmin ölkələrdəki gərginliyi Qarabağa transfer etmək niyyətindədir.Təbii ki Rusiya buna razı deyil.

Biz nə etməliyik?

  1. Rusiya ilə Qacar Türk dövləti arasında imzalamış Gülüstan və Türkmənçay ikitərəfli müqavilələri, Sovet İttifaqının özünü buraxması aktı, müstəqil Azərbaycan ərazilərinin BMT və digər təşkilatlar tərəfindən tanınması sənədlərini hüquqi müdafiə platforması kimi İrana xatırlatmalıdır.
  2. Ortaq Azərbaycan İran tarixindən qaynaqlanan bütün milli dəyərlərinə, inanc və ayinlərinə sahib çıxıb onları bu günkü Azərbaycanlı reallığı üçün yenidən tənzimləməlidir.
  3. İran Ermənistan münasibətlərini qınamaq İranı özümüzə yaxın bildiyimizdən qaynaqlanırdı.Bu prosesin belə olmadığını, bizim Qarabağa sahib çıxmağımızın İranda aşırı qıcıq yaratdığını anlayıb bu ölkə ilə real siyasət qurmaq lazımdır.
  4. İki pislikdən daha yaxşı pisi seçmək də bir siyasətdir.
  5. Suriyada, Əfqanistanda, Ərəb arealında aparılan ekspansiv savaşlar Qarabağa transfer olunmamalıdır.

İsrail ilə İranın öz aralarında nə problemləri varsa, öz ərazilərində həll etsinlər. Azərbaycan İran Musəvilərinin əli ilə milyardlarla dollar həcmində əmtəə dövriyyəsi olan İran-İsrail qarşıdurmasına meydan olan yer deyil.

  1. Rusiya ilə İrana münasibətdə illərlə uğurla qurulmuş balanslı Azərbaycan siyasətinin parametrləri İranın bu günkü sərsəm təhdidləri nəticəsində dəyişməməlidir.
  2. Dindən və dindarlardan sərt danışmaq olmaz.İ ran siyasətinin müqəddəs dinimizə, Peyğəmbərimizə, Həzrət Əliyə, İmam Hüseynə və Əhli beytə bu gün aidiyyatı yoxdur. Bu dəyərlər toxunulmazdır. Bununla bərabər Azərbaycan dövləti İranlı müsəlmanlarla Azərbaycanlı müsəlmanlar arasında idarə olunan asılılıq bəndlərini dövlət maraqlarına uyğun tənzimləməlidir.
  3. Azərbaycanda xalq arasında avtoritet olan dini ülamalar yetişdirilməlidir.

9.İranla mədəni əlaqələr qurulmalı, qonşu haqqını ödəyəcək ikitərəfli layihələr həyata keçirilməlidir.

  1. Qarabağa əhali tezliklə köçürülməlidir ki, şaiyələrə daha yer qalmasın.
  2. Allah cümləmizin köməyi olsun.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*