“Biz soydaşlarımızı Azərbaycanın qarşısında tək qoya bilmərik” – Xaçatryanbackend

"Biz soydaşlarımızı Azərbaycanın qarşısında tək qoya bilmərik" - Xaçatryan

“Biz soydaşlarımızı Azərbaycanın qarşısında tək qoya bilmərik”.

KONKRET.az xəbər verir ki, bunu “Ermənistan” fraksiyasının deputatı Artur Xaçatryan deyib. O, azərbaycanlı ekoloqların Xankəndi-Gorus avtomobil yolunu bağlaması məsələsinə münasibət bildirib.

“Azərbaycanın “təxribat”ları davam edir. Bu da Qarabağ xalqını məğlubiyyəti qəbul etməyə məcbur etmək üçün onlara siyasi, hərbi, mənəvi, psixoloji təzyiq göstərmək cəhdidir.

Məncə, onlar Qarabağ xalqını yaxşı tanımırlar. 30 il onlara az şey öyrədib. Lakin Ermənistan hökuməti belə neytral yanaşma sərgiləyə bilməz. Elə bil söhbət Qarabağdan yox, Konqo ilə münasibətlərdən gedir. Biz soydaşlarımızı Azərbaycanın qarşısında qarşı tək qoya bilmərik”, – deyə Artur Xaçatryan bildirib.

P.S. Sizi yaxşı tanımayan var ki… Dabbaqda gönünüzə də bələdik. 30 il nədir, əbədilik murdar xislətinizdən əl çəkməyəcəyinizi bilirik. Bizə özünüzü tanıtmağa ehtiyac yoxdur.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*