“Bizimkilər havaya atəş açıblar” – Poqosyandan həyasız AÇIQLAMAbackend

“Bizimkilər havaya atəş açıblar” - Poqosyandan həyasız AÇIQLAMA

Son günlər Dağlıq Qarabağdakı silahlı erməni dəstələri davamlı olaraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutur. Baş verən bu insidentə görə, erməni quldur dəstəsinə və Xankəndindəki qurama qurumun rəhbərliyinə sülhməramlılar tərəfindən heç bir xəbərdarlıq edilmir. Bu da Azərbaycan tərəfinin haqlı narazılığına səbəb olub.

KONKRET.az xəbər verir ki, Azərbaycan tərəfinin xəbərdarlığından sonra ermənilərin canına üşütmə keçib. Və tez tələsik hadisəni özlərinə sərf edən şəkildə yorumlayıblar. Arayik Arutyunyanın sözçüsü Vaqram Poqosyan məsələni həyasızcasına belə izah edib: “Atəş əsasən havaya açılıb. Buna bənzər bir hadisəni 31 dekabr Yeni il ərəfəsində azərbaycanlılar da edib. Onlar da havaya atəş açdılar. “Müdafiə Ordusu”ndan verilən məlumata görə, məqsədli şəkildə heç bir atəş açılmayıb”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*