Blinken: “ABŞ-ın Ukraynaya hərbi yardımının ümumi həcmi 10,5 milyard dolları ötüb”backend

Blinken: "ABŞ-ın Ukraynaya hərbi yardımının ümumi həcmi 10,5 milyard dolları ötüb"

ABŞ-ın hazırkı administrasiyası prezident Co Baydenin hakimiyyətə gəlməsi ilə Ukraynanı ümumilikdə 10,6 milyard dollar dəyərində silah, sursat və hərbi texnika ilə təmin edib.

KONKRET.az  “Interfax”a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.

O, bu açıqlamanı Vaşinqtonun Kiyevə əlavə 775 milyon dollar hərbi yardım ayırdığını elan etdikdən sonra verib.

“Bu paket ABŞ-ın Ukraynaya göstərdiyi hərbi yardımın ümumi məbləğini təxminən 10,6 milyard dollara çatdırır”, – Blinken deyib.

“ABŞ-dan başqa, 50-yə yaxın ölkə Ukraynaya hərbi dəstək verir”, – dövlət katibi əlavə edib.

Qeyd edilib ki, Birləşmiş Ştatlar həmçinin Kiyevə antiradar raketləri, “Humvee” cipləri, təhlükəsiz rabitə sistemləri, partlayıcı maddələr, gecəgörmə cihazları, optik alətlər və lazer məsafəölçənləri təhvil vermək niyyətindədir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*