“Blinken istəyir ki, Qarabağ 100 faiz Azərbaycanın olsun” – İLGİNC ŞƏRHbackend

"Blinken istəyir ki, Qarabağ 100 faiz Azərbaycanın olsun" - İLGİNC ŞƏRH

Məlum olduğu kimi, ABŞ dövlət katibi Entoni Blinken özünün X (Twitter) mikrobloqunda Paşinyanla telefon danışığı haqqında yazıb. Məsələ burasındadır ki, Nikol Paşinyana müxalif mövqe sərgiləyən erməni mediası Blinkenin bu mesajını müsbət şərh etməyib. Həmin şərhlərdə vurğulanır ki, dünyanın üçüncü ən nüfuzlu yəhudisi kimi tanınan Blinkenin mikrobloqu bir sıra suallar doğurub. 

Həmin suallardan biri budur ki, “ABŞ dövlət katibi birdən-birə niyə Qarabağın erməni əhalisinin problemi ilə bağlı Nikola öz narahatlığını bildirib? Axı bu, həmin Nikoldur ki, Qarabağ erməniləri ilə bağlı real narahatlığın olmadığını rəsmi şəkildə bəyan edib. Üstəlik, o, öz siyasətində Qarabağı Azərbaycanın daxili işi hesab etdiyini göstərməyə çalışır. Belə olan təqdirdə Blinken niyə Nikola deməyə çalışır ki, səhv edirsən, sən Qarabağla bağlı narahat olmalısan?

Görün, ABŞ Ermənistana hansı “sarsılmaz dəstəyi” vəd edib: Suverenlik  və ərazi bütövlüyü. 2020-ci ildə Birləşmiş Ştatlar ikinci Qarabağ savaşında Ermənistana bir güllə, bir kisə un belə göndərmədi. Laçın dəhlizinin açılması ilə bağlı bəyanatlardan başqa hansısa əməli addım atmadı. Nəhayət, ABŞ BMT Təhlükəsizlik Şurasının üzvü ola-ola bircə sadə qətnamə belə təqdim etmədi! Blinken Qarabağ ermənilərinin vəziyyətindən bu qədərmi narahatdır? Belə bir qətnamə yoxdursa, deməli, ABŞ-ın həmin “narahatlıqları” başqa mahiyyət kəsb edir.

Əslində, İsrailin maraqlarına xidmət edən Blinkenin indi bir şey istədiyini hamı başa düşür. O, bu dəfə müharibə yolu ilə edə bilmədikləri işi başqa formada həyata keçirir ki, Qarabağda bir erməni belə qalmasın. Bundan sonra rus qoşunları Qarabağdan, sonra Ermənistandan da çıxarılsın. Bununla da nəhayət, Qarabağ 100 faiz Azərbaycanın olsun. Vəssalam, bununla da oyun bitəcək. Türkiyə və İsrail bazaları Ermənistan və Qarabağın hər yerində yerləşdiriləcək ki, bir tərəfdən İranı, digər tərəfdən Rusiyanı vursun”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*