ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın baş naziri Keir Starmer sentyabrın 13-də Vaşinqtonda görüşəcək.
KONKRET.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken bildirib.
Bundan əvvəl Ukrayna mediası Zelenski ilə Baydenin görüşəcəyi barədə yanlış anons vermişdi.
Ukraynanın Suspilne nəşri yazır ki, yenilənmiş məlumata görə, Zelenski Baydenlə görüşməyəcək.
ABŞ dövlət katibinin “liderlərimiz ən geci cümə günü BMT-də görüşəcək” sözlərini qeyri-dəqiq şərh etdiyinə görə bir sıra Ukrayna mediası Bayden və Zelenski arasında görüş barədə məlumat yayıb. Bununla belə, Blinken əslində Bayden və Starmer haqqında görüşdən danışırdı.
ABŞ dövlət katibi Blinken Ukraynaya 717 milyon dollar dəyərində yeni qeyri-hərbi yardım paketini açıqlayıb.
ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin izah edib ki, bu vəsait Ukraynanın enerji, humanitar yardım və minalardan təmizlənməsi üçün istifadə olunacaq.
Günel Mikayılova,
KONKRET.az