Blinkenin təyyarəsi xarab oldu: Parisdən Brüsselə necə getdi?backend

Blinkenin təyyarəsi xarab oldu: Parisdən Brüsselə necə getdi?

ABŞ dövlət katibi Entoni Blinkenin təyyarəsi Fransada xarab olub, nümayəndə heyəti Brüsseldə keçiriləcək NATO nazirlərinin toplantısına maşınla getməyə məcbur olub.

KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Agentliyin materialında qeyd olunur ki, Dövlət Departamentinin sözçüsü Blinkenin Fransaya uçduğu təyyarədə texniki problemlər olub: “Blinkenin rəhbərlik etdiyi nümayəndə heyəti Parisdən NATO-nun Brüsseldəki mənzil-qərargahına qədər olan 300km yolu avtomobillə gedib”.

Xəbərdə deyilir ki, problem Boeing 737 təyyarəsində aşkar edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*