BMT Azərbaycana 11 milyon dollar ayırıbbackend

BMT Azərbaycana 11 milyon dollar ayırıb

2020-ci il münaqişəsindən sonra BMT Azərbaycan ərazilərinin minalardan təmizlənməsinə yardım məqsədilə 11 milyon dolların səfərbər edilməsinə yardım edib.

KONKRET.az xəbər verir ki, bunu Ağdamda keçirilən II Beynəlxalq mina fəaliyyəti konfransında BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyevka deyib.

O, BMT-nin Azərbaycan ofisinin 1999-cu ildən bəri ANAMA ilə tərəfdaşlıq etdiyini xatırladıb.

“Avropa İttifaqının (AI), Böyük Britaniya hökumətinin, digər tərəfdaşların və BMT-nin daxili resurslarının maliyyə dəstəyi ilə üç BMT agentliyi – BMTİP, UNICEF və BMT QAK instusional gücləndirmə, texniki təcrübənin təmin edilməsi və partlayıcı sursat riski ilə bağlı təhsil vasitəsilə ANAMA-nın mina fəaliyyəti səylərini dəstəkləyir. Azərbaycan da daxil olmaqla minala məruz qalmış ölkələrdə mina fəaliyyəti dayanıqlı inkişaf və davamlı sülh üçün fundamental tələbdir”, – Vladanka Andreyevka deyib./APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*