BMT Baş katibi münaqişə tərəflərini sakitliyə çağırdıbackend

BMT Baş katibi münaqişə tərəflərini sakitliyə çağırdı

BMT-nin Baş katibi Antoniu Quterreş Livandakı münaqişə tərəflərini şiddətə son qoymağa çağırıb.

KONKRET.az xəbər verir ki, bunu Baş katibin nümayəndəsi Stefan Dujarrik keçirdiyi brifinqdə bildirib.

“Baş katib bu gün Beyrutda baş verən hadisədən çox narahatdır. Bütün maraqlı tərəfləri təcavüzü dərhal dayandırmağa və təxribatçı hərəkətlərdən çəkinməyə çağırırıq”, – Dujarrik deyib.

Sözçü əlavə edib ki, Quterreş keçən ilin avqustunda Beyrut limanında baş verən partlayışla bağlı tam və qərəzsiz araşdırma aparılmasını müdafiə edir.

Xatırladaq ki, “Haraket Amal” partiyasının tərəfdarları oktyabrın 14-də Livanın Tayuni bölgəsinə toplaşıblar. Nümayişçilər keçən il Beyrut limanında baş verən partlayış işini nəzərdən keçirən hakim Tarek Bitarın işdən çıxarılmasını tələb ediblər.

Etirazçıların Ədalət Sarayına doğru yürüşü zamanı naməlum şəxslər onlara atəş açıb. Yerli mətbuatın yazdığına görə, atışma nəticəsində 6 nəfər ölüb, 60-dan çox adam yaralanıb.

Ölkənin baş naziri bildirib ki, Livanda 15 oktyabr Beyrut hadisələrinin qurbanları üçün matəm günü elan edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*