BMT-də GƏRGİNLİK: Zelenski və Lavrov eyni masaya oturacaqmı?backend

BMT-də GƏRGİNLİK: Zelenski və Lavrov eyni masaya oturacaqmı?

Bu il BMT Baş Assambleyasının 78-ci iclasına qatılacaq Ukrayna prezidenti Zelenski ilə Rusiya xarici işlər naziri Sergey Lavrovun üz-üzə gəlib-gəlməyəcəyi maraq doğurub. Qeyd edək ki, Zelenski Rusiyanın BMT-dəki mövcudluğu ilə bağlı sərt tənqidlər səsləndirib.

KONKRET.az xəbər verir ki, hər ilin sentyabrında keçirilən kritik sammit bu il yenidən Ukrayna müharibəsinin kölgəsində başlayır. Rusiyanın 2022-ci ilin fevralında işğalından sonra ilk dəfə BMT Baş Assambleyasında Ukrayna prezidenti Vladimir Zelenski Nyu Yorka gəlib. Onun Assambleyada çıxış edəcəyi gözlənilir.

Rusiyanın BMT-dəki baş diplomatı ilə yollarının kəsişməsi gözlənilən Ukrayna lideri ABŞ-a səfəri öncəsi jurnalistlərin suallarını cavablandırıb və Rusiyanın BMT Baş Assambleyasındakı yerini şübhə altına alıb.

Zelenski daha sonra deyib: “Ayıbdır, amma hələ də BMT-də rusiyalı terrorçulara yer varsa, bu mənim üçün sual deyil. Hesab edirəm ki, bu, Birləşmiş Millətlər Təşkilatının bütün üzvlərinə verilməli olan sualdır”.

Ukrayna müharibəsindən 19 aya yaxın vaxt keçir. Zelenski Qərb müttəfiqlərindən davamlı silah və digər yardımlara müraciət etmək üçün Nyu Yorka gəlib. Zelenski çərşənbə günü BMT Təhlükəsizlik Şurasının iclasında iştirak edəcək. Bununla belə, şuranın veto hüququna malik daimi üzvü, Rusiya xarici işlər naziri Sergey Lavrovun iclasa qatılacağı və açıqlama verəcəyi gözlənilir.

Jurnalistlərin “Lavrov açıqlama verənə qədər iclasda qalacaqsınızmı?” sualına cavab verən Ukrayna lideri “Həqiqətən, necə olacağını bilmirəm” deyib.

Qeyd edək ki, ötən il Rusiyanın xarici işlər naziri Lavrov BMT Təhlükəsizlik Şurasında Ukrayna prezidenti Zelenskini söyüb və ona qarşı sərt ifadələr işlədib.

Ukrayna təmsilçiləri isə Lavrovun istifadə etdiyi jarqonun qəbuledilməz olduğunu bildirərək Rusiyaya sərt reaksiya veriblər.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*