“Əksər ölkələr BMT Təhlükəsizlik Şurasının yeni geosiyasi reallıqları daha dəqiq əks etdirməsi üçün islahatların aparılmasının tərəfdarıdır”.
KONKRET.az “TASS”a istinadən xəbər verir ki, bunu BMT-nin Baş katibi Antoniu Quterreş Təhlükəsizlik Şurasının “İslahata məruz qalmış çoxtərəfliliyin yeni istiqaməti” mövzusunda keçirilən iclasında bildirib.
O qeyd edib ki, üzv ölkələrin əksəriyyəti BMT Təhlükəsizlik Şurasında islahatlar aparılmasının zəruri olduğunu qəbul edir:
“Ümidvaram ki, regional qruplar və ayrı-ayrı dövlətlər islahatların yol və üsulları ilə bağlı geniş konsensusa nail olmaq üçün birgə işləyə biləcəklər. BMT və şəxsən mən özüm də bu istiqamətdə lazımi dəstəyi verməyə hazıram”.