BMT-dən “Taliban”a qadınlarla bağlı – ÇAĞIRIŞbackend

BMT-dən “Taliban”a qadınlarla bağlı - ÇAĞIRIŞ

“Taliban”ın qadın və qız uşaqlarının hüquqlarının qorunması ilə bağlı sözünün üstündə durmamasından dərin narahatlıq keçiririk”.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş mətbuata açıqlamasında deyib.

O, “Taliban”a beynəlxalq insan hüquqları çərçivəsində öhdəliklərini yerinə yetirməklə bağlı çağırış edib:

“Taliban”ın əfqan qadın və qız uşaqlarına verdiyi sözlərə əməl etməməsindən xüsusən narahatam. Əfqanıstan iqtisadiyyatının 80 faizi qeydiyyatsızdır.

Qadınların iqtisadiyyatda rolu üstünlük təşkil edir. Qadınlar olmadan Əfqanıstan iqtisadiyyatının və cəmiyyətinin düzəlməsi mümkün deyil”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*