BMT-nin baş katibindən “Qurani-Kərim”in yandırılmasına REAKSİYAbackend

BMT-nin baş katibindən "Qurani-Kərim"in yandırılmasına REAKSİYA

BMT-nin baş katibi Antonio Quterreş Stokholmda Quranın yandırılması aksiyasını pisləyir.

KONKRET.az xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

“BMT-nin baş katibi Sivilizasiyalar Alyansının rəhbəri Migel Anxel Moratinosun Qurani-Kərimin yandırılmasını pisləyən bəyanatını tam dəstəkləyir”, – Düjarrik bildirib.

Quterreşin sözçüsü də hadisəni İslam, yəhudilik və digər dinlərə qarşı artan nifrətin başqa bir simvolu adlandırıb.

“Bu cür hərəkətlər açıq şəkildə pislənməlidir, biz bunu edirik”, o vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*