“BMT-nin təkcə tanınmış dövlətlər deyil, həm də tanınmamış Qarabağ qarşısında öhdəlikləri var”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın keçmiş ombudsmanı Larisa Alaverdyan deyib.
“Bu gün biz mübarizə aparmalı, təzyiq göstərməli, hakimiyyətdən xalqın vahid iradəsinin həyata keçirməsini təmin etməyi tələb etməliyik. Gedib BMT ofisinin yanında deyil, hökumət binası qarşısında mitinq təşkil etməliyik.
Təsəvvür edin ki, hansısa ştatda hakimiyyət xalqın tələbini yerinə yetirmək istəmir, bu halda BMT susmalıdır?
BMT ofisinin aksiya təşkil etməsi tələb olunur. Çünki bu strukturun təkcə tanınmış dövlətlər və orada yaşayan insanlar deyil, həm də tanınmamış “dövlət”lər qarşısında öhdəlikləri var.
Dünyanın hər hansı bir yerində yaşayan bir şəxs və ya bir qrup insan BMT-ni narahat etməlidir”,- deyə Alaverdyan çərənləyib.
P.S. Hansı öhdəlik, hansı dövlət? Siz 2 ildir qol çəkdiyiniz öhdəliklərə əməl etdiniz ki, indi olmayan “dövlət” üçün, oyuncaq rejim üçün öhdəlik tələb edirsiniz? Öz dövlətinizə, ölkənizə nə istəsəniz tələb edə bilərsiniz, Azərbaycan ərazisinə, Azərbaycan dövlətinin işınə isə burnunuzu soxa bilməzsiniz!
Xuraman Etibarlı,
KONKRET.az