BMT rəsmisi: “Azərbaycan minalarla ən çox çirklənmiş ölkələr arasındadır”backend

BMT rəsmisi: “Azərbaycan minalarla ən çox çirklənmiş ölkələr arasındadır”

“Azərbaycan minalarla ən çox çirklənmiş ölkələr arasındadır”.

KONKRET.az “Trend”ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən “Minalarla mübarizə – Dayanıqlı İnkişaf Məqsədlərinə gedən yol” mövzusunda beynəlxalq konfrans iştirakçılarına videomüraciətində Birləşmiş Millətlər Təşkilatının Minalardan Təmizləmə Xidmətinin (UNMAS) direktoru İlene Kon deyib.

O bildirib ki, BMT ölkələrin minalardan təmizlənməsinə yardım etməyə, minaların yayılmasının qarşısının alınmasını təşviq etməyə davam edəcək.

O deyib ki, Azərbaycan hökuməti, ANAMA minaların təmizlənməsi istiqamətində əhəmiyyətli işlər görüb.

BMT rəsmisi qeyd edib ki, ANAMA həm də digər ölkələrlə öz təcrübəsini bölüşür ki, bu da vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*