Dünyanın hərbi-siyasi gündəminə bir başa təsir edən BMT Təhlükəsizlik Şurasının strukturunda dəyişiklik ediləcək.
KONKRET.az xəbər verir ki, çoxdan gözlənilən bu islahatlardan sonra dünyanın mizanını dəyişən qüvvələrin TŞ-da sayının necə dəyişəcəyi hələlik məlum deyil.
BMT Təhlükəsizlik Şurasının daimi üzvüləri ABŞ, Rusiya, Fransa,Çin və Böyük Britaniyadır. Təşkilatın on qeyri daimi üzvü isə müyyən qaydalar əsasında dəyişir. BMT TŞ-da struktur dəyişikliyinin edilməsi təşəbbüsü çoxdan irəli sürülsə də bu sadəcə bir neçə dövlətin istəyi idi. İndi isə ABŞ prezidenti Bayden BMT Təhlükəsizlik Şurasının strukturunda dəyişikliklər etməyin vaxtının çatdığını düşünür. Ona görə də bu həftə ABŞ prezidenti Təhlükəsizlik Şurasında dəyişikliklərlə bağlı məsələni həll etməyi planlaşdırır. Bunu ABŞ prezidentinin Baş Assambleyadakı çıxışından əvvəl Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib. Kirbi bildirib ki, ABŞ hakimiyyəti daha çox sayda üzv ölkələrin Təhlükəsizlik Şurasına daxil edilməsi qərarını dəstəkləyəcək.
Vəli Həsənov
KONKRET.az